BAKI, 21 avqust. TELEQRAF
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, avqustun 22-dən 25-dək havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-38 dərəcə isti olacaq.
Bölgələrdə də analoji hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu Azərbaycanın rayonlarında 35-38 dərəcə, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 40-41 dərəcəyədək yüksələcək.