BAKI, 21 avqust. TELEQRAF
İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo Arda Gülərlə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə yeni mövsümün ilk oyunu öncəsi keçirilən mətbuat konfransında danışıb.
Mourinyo Arda Gülərin gələcəkdə ispaniyalı Rodrinin mövqeyində oynaya biləcəyini qeyd edib:
“Rodrini transfer edə bilmədiyimiz üçün məyus oldummu? Xeyr. Arda Gülər onun mövqeyində oynaya bilər. Bəlkə bu gün yox, amma gələcəkdə bu rolu üzərinə götürə biləcək şəkildə inkişaf edəcək”.
Qeyd edək ki, Türkiyə millisinin üzvü Arda Gülər 2023-cü ildən “Real Madrid”də çıxış edir.