BAKI, 21 avqust. TELEQRAF

2026-cı ilin yanvar–iyul ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 430,8 milyon manat və ya 9,8 faiz artıb.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə Fondun ümumi xərclərinin böyük hissəsini — 97,1 faizini birbaşa əhaliyə edilən sosial ödənişlər təşkil edib.