BAKI, 21 avqust. TELEQRAF
ABŞ İsrail və Türkiyənin Suriyada birbaşa qarşıdurmaya yaxınlaşdığını düşünmür.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyinə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib.
“Düşünmürəm ki, məsələ bu həddə çatıb. Hətta buna yaxın olduğumuzu da düşünmürəm”, - səfir bildirib.
Hakabi əlavə edib ki, ABŞ artıq İsrail, Türkiyə və Suriya arasındakı gərginliyi azaltmaq üçün mexanizm yaratmağa başlayıb: “Proses artıq başlayıb. Onu təkmilləşdirmək, effektiv işləyəcəyinə və bütün tərəflərin bu prosesdə iştirak edəcəyinə əmin olmaq lazımdır. Məncə, düzgün istiqamətdəyik”.
Səfir həmçinin qeyd edib ki, İsrailin Suriyadakı hərbi fəaliyyəti loka olub və bu, Türkiyənin sərt reaksiyasına səbəb olmamalıdır: “İsrail Türkiyənin cənuba doğru hərəkət etdiyini gördü və bunu potensial təhlükə kimi qiymətləndirdi. Amma İsrail itkilərə və ciddi maddi ziyana səbəb olacaq hansısa addım atmayıb”.
İsrail Hərbi Hava Qüvvələri avqustun 18-də Suriyanın İdlib əyalətində yerləşən Əbu Dühur aerodromuna bir neçə zərbə endirib. Hücum nəticəsində aerodroma maddi ziyan dəyib. İsrail Baş nazir Administrasiyası bundan sonra Suriyanın Hələb yaxınlığındakı aviabazada Türkiyə hərbçilərinin yerləşdirilməsinə razılıq verdiyini iddia edib. Türkiyə İsrailin iddiasını rədd edərək, İdlibə hücuma sərt reaksiya verib.