NEFTÇALA, 21 avqust. TELEQRAF
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 34 ildən sonra tapılan Sərdar Cəfər oğlu İsmayılovla vida mərasimi keçirilib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra şəhidin nəşi doğulduğu Astanlı kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Sərdar Cəfər oğlu İsmayılov 1971-ci il avqustun 27-də Neftçala rayonunun Astanlı kəndində anadan olub.
O, 1992-ci il oktyabrın 31-də Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.