BAKI, 21 avqust. TELEQRAF
“Hərbi imkanları aradan qaldırıldıqdan sonra ona qarşı iqtisadi təzyiqin gücləndirilməsi İranı məğlub etməyin ən yaxşı yoludur”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
“İrana qarşı iqtisadi təzyiqin artırılması Tehranın hesablamalarını dəyişərək onu razılaşmaya sövq edəcək. İran bu halda iki seçim qarşısında qalacaq: iqtisadi boğulma və ya beynəlxalq ictimaiyyətlə normal münasibətlər qurmaq”, - o bildirib.
Vens Hörmüz boğazı ilə bağlı qeyd edib ki, ABŞ böyük həcmdə neftin boğazdan keçməsini təmin edib və İranın bu su yolu üzərindəki nəzarətini qırıb.
Vitse-prezident əlavə edib ki, ABŞ İranın Hörmüz boğazından silah kimi istifadə edə bilməyəcəyinə əmin olana qədər neftin təhlükəsiz tranzitini təmin etmək üçün fəaliyyətini davam etdirəcək.