GÖYGÖL, 21 avqust. TELEQRAF

Gecə saatlarından başlayaraq Göygöl rayonuna yağan güclü yağış nəticəsində rayonun Zurnabad kəndin əsas avtomobil yolunda ciddi problemlərə səbəb olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, sel suları kəndə aparan avtomobil yolunu sıradan çıxarıb. Hadisə yerinə ağır texnikalar cəlb edilib. Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Məlumat üçün bildirək ki, gecə saatlarında Gəncə ətrafı bölgələrə yağan yağışlar sonrası dağ kəndlərində ciddi çətinliklər yaranıb.