BAKI, 21 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın müəllifi olduğu “Yerin o biri tərəfi” romanının satışları son beş ildə kəskin şəkildə azalıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Antares” nəşriyyatının direktoru Armen Martirosyan mediaya bildirib ki, 2025-ci ildə Paşinyanın kitabının satışı 96 nüsxə təşkil edib. Müqayisə üçün, 2019-cu ildə kitabın 500-dən çox nüsxəsi satılıb.