BAKI, 21 avqust. TELEQRAF
İspaniyanın “Barselona” klubu hücum xəttini gücləndirmək üçün İtaliyanın “İnter” komandasının argentinalı forvardı Lautaro Martinesi transfer etmək istəyir.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, Kataloniya klubu 28 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
“Barselona” nümayəndələri ilə Lautaro Martinesin agenti Alexandro Kamanyo Madriddə görüşərək transferi müzakirə ediblər.
“Barselona”nın artıq “İnter”ə ilk təklifini hazırladığı bildirilir. Təklifin məbləğinin 100 milyon avrodan aşağı olacağı qeyd olunur.
Kataloniya təmsilçisinin əsas hədəfi olan Lautaro Martinesin transferində gələn həftənin həlledici olacağı gözlənilir.
“Barselona” paralel olaraq İtaliyanın “İnter”indən başqa, Almaniyanın “Borussiya” (Münxenqladbax) klubunda çıxış edən Nikolo Tresoldi və İngiltərənin “Arsenal”ında oynayan Viktor Qyökereş variantlarını da nəzərdən keçirir.