BAKI, 29 iyul. TELEQRAF

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda bəzi konsulluq xidmətlərinin göstərilməsi müvəqqəti dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

Bildirilib ki, texniki səbəblərə görə hazırda bəzi konsulluq xidmətlərinin göstərilməsi mümkün deyil.

Baş Konsulluq konsulluq xidmətlərindən istifadə etmək istəyən vətəndaşlara müraciət edərək, səfər etməzdən əvvəl diplomatik nümayəndəliklə əlaqə saxlamalarının vacibliyini vurğulayıb.