BAKI, 28 iyul. TELEQRAF

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS”a qalib gəlib - 2:0.

Teleqraf xəbər verir ki, qalibiyyət sayəsində Azərbaycanın UEFA reytinqinə 0.250 əmsal əlavə olunub. Ölkəmiz 20.687 xalla 26-cı sıradadır.

Onlar bu nəticə ilə cari mövsümdə Azərbaycanın UEFA reytinqinə ən çox əmsal (1,000) qazandıran komandadır. İkinci yeri 3 oyuna 0,625 əmsal toplayan “Qarabağ, 3-cü yeri isə 3 matça 0,500 əmsal yığan “Zirə” tutur.