FÜZULİ, 12 iyul. TELEQRAF

“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Teleqraf-ın Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək.