BAKI, 8 iyul. TELEQRAF
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində əhalinin doğma yurdlarına köçürülməsi davam edir.
Teleqraf xəbər verir ki, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə, eləcə də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Xocavənd rayonunun Güneyxırman kəndinə 18 ailə olmaqla 72 nəfər, Quzeyxırman kəndinə 21 ailə olmaqla 87 nəfər köçürülüb.
Eyni zamanda, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə, ümumilikdə 51 nəfər yola salınıb.
Beləliklə, növbəti köç mərhələsində ümumilikdə 54 ailə, yəni 210 nəfər uzun illərdən sonra öz doğma yurduna qayıdır.