BAKI, 6 iyul. TELEQRAF

Sabah saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılmasına başlanılır.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq.

Növbələrin aktivləşmə vaxtı:
2021 və 2022-ci il təvəllüdlü uşaqlar – saat 11:00
2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar – saat 15:00

Bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək.
(və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə myGov kabinetinə daxil olaraq "Xidmətlər" bölməsində Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.