BAKI, 30 iyun. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə aparılan axtarışlar zamanı 32 kütləvi məzarlıq müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini, general-leytenant Şərafət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin fevralından etibarən azad olunmuş ərazilərdə itkin düşmüş şəxslərin məzarlarının axtarışı, qazıntı və ekshumasiya işləri intensiv şəkildə aparılır:

“Bu günədək 32 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 253 nəfərə aid olduğu ehtimal edilən meyit qalıqları çıxarılıb”.

O əlavə edib ki, ümumilikdə 893 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.