BAKI, 30 iyun. TELEQRAF

Müəllimlərə qarşı yazıqlıq anlayışı var, amma bu keçmişdə qalıb.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə sual-cavab sessiyasında deyib.

O bildirib ki, müəllimə yazıq kimi baxmaq olmaz, onlara qürurlu və şərəfli vətəndaşlarımız baxmalıyıq.

"Cəmiyyətin müəllimə yazıq kimi baxması və ya müəllimin özünü elə təqdim etməsi düzgün deyil. Ümumiyyətlə, yazıq təfəkkürlü biri necə bir gələcək yetişdirə bilər?! Müəllimin əməkhaqqısı ən aşağı deyil. Ölkədə elə repititorlar var ki, onların gəliri orta aylıq əməkhaqqıdan qat-qat yuxarıdır", - nazir vurğulayıb.