BAKI, 30 iyun. TELEQRAF

Ötən il itkin düşmüş şəxslərin axtarışında əməkdaşlıq üçün Ukrayna Səhiyyə Nazirliyinin müraciətinə cavab olaraq, genetik tədqiqatların aparılmasında metodiki köməklik göstərilməsi, mütəxəssislər üçün təlim və treninqlərin keçirilməsinin mümkünlüyü Ukrayna tərəfinə bildirilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.

Rüfət Əliyev qeyd edib ki, laboratoriyada Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq qərarları əsasında çətin identifikasiya olunan bəzi nümunələr üzərində genetik ekspertizalar aparılması təmin edilib.