BAKI, 30 iyun. TELEQRAF

"Türkiyə Elmlər Akademiyası olaraq biz bu şəhərin və Birinci Türkoloji Qurultayın üzərimizdə qoyduğu irsi elmi metodlarla qorumağı və gələcək nəsillərə ötürməyi ən strateji vəzifələrimizdən hesab edirik".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Müzəffər Şəkər Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən "Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq" panelində çıxışı zamanı deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin bu tarixi ildönümünün və Birinci Türkoloji Qurultayın irsinin layiqincə anılması məqsədilə imzaladığı tarixi Sərəncam isə bu möhtəşəm elmi zirvənin tarixi əhəmiyyətini bir daha təsdiqləmiş və möhkəmləndirib", - deyə M.Şəkər əlavə edib.