BAKI, 30 iyun. TELEQRAF

Peruda keçirilən prezident seçkilərində sağçı “Xalqın Gücü” Partiyasının namizədi Keyko Fuximori qalib gəlib.

Teleqraf xəbər verir ki, bu barədə iyunun 30-da Perunun Milli Seçki Prosesləri İdarəsi (ONPE) məlumat yayıb.

Qurumun rəsmi məlumatına görə, seçki bülletenlərinin 100 faizi sayıldıqdan sonra Fuximori 9 223 396 seçicinin dəstəyini qazanaraq səslərin 50,135 faizini toplayıb. Onun əsas rəqibi, “Birlikdə Peru Uğrunda” siyasi təşkilatının namizədi Roberto Sançes isə 49,865 faiz səs əldə edib. Ona 9 173 755 seçici səs verib.

Keyko Fuximori Perunun tarixində demokratik seçkilər yolu ilə prezident seçilən ilk qadın olub.

Xatırladaq ki, Dina Bolart 2022-ci ildə prezident vəzifəsini tutsa da, bu posta seçki yolu ilə deyil, parlamentin səlahiyyətlərindən sui-istifadə və qanunverici orqanı buraxmağa cəhd ittihamı ilə Pedro Kastilyonu vəzifədən uzaqlaşdırmasından sonra gəlmişdi.