BAKI, 30 iyun. TELEQRAF
Kurikulum təhsilin məzmunu deməkdir.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə sual-cavab sessiyasında deyib.
O bildirib ki, bəziləri kurikulum və ya kurikulum sualları ləğıv ediləcəkmi soruşurlar.
"Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bu məntiqə sığmır. Təhsilin məzmunu necə ləğv edilə bilər?", - nazir vurğulayıb