BAKI, 30 iyun. TELEQRAF

"Bu yubiley münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Albaniya Elmlər Akademiyası arasında elmi əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması münasibətlərimizi yeni mərhələyə yüksəldir".

Teleqraf xəbər verir ki, bunu Albaniya Elmlər Akademiyasının nümayəndəsi, akademik Gezim Hoxan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən "Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq" panelində çıxışı zamanı deyib.

"Əminik ki, bu sənəd birgə elmi layihələrin həyata keçirilməsi, akademik mübadilə proqramlarının genişləndirilməsi və iki ölkənin elmi ictimaiyyətləri arasında elmi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq", - deyə G.Hoxan əlavə edib.