BAKI, 30 iyun. TELEQRAF

Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində qurulan yeni əməkdaşlıq mexanizmləri itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, itkin düşmüş şəxslər probleminin həllində dövlətlər arasında əməkdaşlıq əsas şərtlərdən biridir və bu baxımdan Azərbaycanla Ermənistan arasında son dövrdə əldə olunan irəliləyişlər ümidvericidir:

“8 avqust 2025-ci ildə iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində atılan addımlar regionda etimadın möhkəmlənməsinə xidmət edir”.