BAKI, 30 iyun. TELEQRAF
"Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirdə dünyanın müxtəlif ölkələrindən qonaqlar iştirak edirlər".
Teleqraf xəbər verir ki, bunu bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən "Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq" panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1926-cı təşkil olunmiş Birinci Türkoloji Qurultayda türk xalqlarının geniş şəkildə təmsil olunması türkologiya elminin inkişafına hesablanmış mühüm addımlardan biri idi:
"Həmin tarixi qurultayda Azərbaycandan 22, Türkiyədən 5, Özbəkistandan 11, Qazaxıstandan 2, Qırğızıstandan 2, Gürcüstandan 6, Tatarıstandan 8, Başqırdıstandan 6, Rusiyadan 28, Ukraynadan 1, Dağıstandan 6, Yakutiyadan 2, Ermənistandan 2 nümayəndə iştirak edirdi".
İsa Həbibbəyli vurğulayıb ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində 26 ölkədən 300 nəfərdən çox qonaq iştirak edib.