BAKI, 29 iyun. TELEQRAF
Azərbaycanda yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2026-cı il üçün 400 manat müəyyən edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncam ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli istehsalçıların fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə qəbul olunub. Müəyyən edilən dövlət tədarük qiyməti “Buğda. Texniki şərtlər” AZS 888:2025 Dövlət Standartı ilə müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun yerli ərzaqlıq buğdaya şamil olunur.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.