BAKI, 30 iyun. TELEQRAF
Almaniya xarici işlər naziri Yohann Vadeful Vaşinqtonda amerikalı həmkarı Marko Rubio ilə görüşüb.
Teleqraf xəbər verir ki, alman nazir görüşdə ABŞ-İran anlaşma memorandumuna Berlinin dəstəyini təsdiqləyib.
Vadeful razılaşmanı “mühüm addım” adlandıraraq, hələ də son dərəcə həssas olan vəziyyətdə diplomatiya üçün fürsət yaratdığını bildirib.
“İndi prioritet Hörmüz boğazından təhlükəsiz və sərbəst keçidi təmin edən, xüsusilə də İranın nüvə proqramı ətrafındakı problemləri həll edən davamlı həll yoluna nail olmaqdır. Bu proqram bir daha heç vaxt təhlükə yaratmamalıdır”, - Almaniya xarici işlər naziri vurğulayıb.