BAKI, 30 iyun. TELEQRAF
Müəllimlərin orta aylıq əməkhaqqısı son 12 ildə, yəni 2014-cü illə müqayisədə 4 dəfə artıb.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə sual-cavab sessiyasında deyib.
O bildirib ki, müəllimlərin maaşı həmişə müəyyən çərçivə içində yuxarı olmayacaq.
"Sovet dövründən sistem belə dizayn edilib. Bu şəxs olaraq məndən və ya başqa birindən asılı deyil. Bu, sistemdir. 5-6 saat dərs keçən müəllim nə təhsili, nə öz həyatını, nə də uşağın həyatını yaxşı etmir", - o vurğulayıb.