BAKI, 30 iyun. TELEQRAF
Milli Məclisin növbədənkənar sessiyası üzrə son iclası iyulun 14-də keçiriləcək.
Teleqraf xəbər verir ki, Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Növbədənkənar sessiya çağırıldıqda isə Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.
Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılır.