BAKI, 30 yanvar. TELEQRAF
2025-ci ildə DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə ötən dövrdə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib.
Teleqraf xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2025-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faizdən çoxdur.
F.Məmmədov qeyd edib ki, 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub.
"DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2025-ci ildə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib.
Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib.
Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır", - o vurğulayıb.