BAKI, 13 iyul. TELEQRAF

Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 4 490 nəfərə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə gündəlik hökumət hesabatına görə, təbii fəlakət nəticəsində 16 740 nəfər yaralanıb, 17 907 nəfər isə evsiz qalıb.

Məlumata görə, 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Ümumilikdə 32 401 nəfər xəstəxana və digər tibb müəssisələrində müalicə alıb.

Hesabatda qeyd olunub ki, zərərçəkən 120 794 ailəyə yardım göstərilib, 19 583 nəfər 108 müvəqqəti düşərgədə yerləşdirilib. Bundan əlavə, fəlakətdən zərər çəkənlərə 9 995 ton ərzaq məhsulu çatdırılıb.

Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra 1 222 afterşok qeydə alınıb.