BAKI, 11 iyul. TELEQRAF
Aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a bildirilib ki, məhdudiyyətlər iyulun 13-ü saat 07:00-dək aşağıdakı yol sahələrini əhatə edəcək:
Səməd Vurğun küçəsində – Füzuli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək;
Nazim Hikmət küçəsində – Həsən bəy Zərdabi küçəsi və Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək;
Sənan Abdullayev küçəsində (Baksol yolu) – Ziya Bünyadov prospektindən Sənan Abdullayev küçəsi, döngə 1-dək.
Qeyd olunan ərazilərdə aparılan təmir işləri ilə əlaqədar sürücülərdən müvəqqəti narahatlığa anlayışla yanaşmaları, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.