GÖYGÖL, 11 iyul. TELEQRAF
Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, icra başçısı Vüqar Novruzov müvafiq əmrinə əsasən Göygöl Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Yusif Hacıyev vəzifəsindən azad edilib.
Y. Hacıyev İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub.