BAKI, 13 iyul. TELEQRAF

Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti 3%-dən çox artıb.

Teleqraf xəbər verir ki, birja məlumatlarına əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 3,17% bahalaşaraq 78,42 dollara çatıb.

Eyni zamanda, WTI markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçersləri də 3,12% bahalaşaraq bir barel üçün 73,64 dollara yüksəlib.