BAKI, 12 iyul. TELEQRAF
Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin üzvlüyündən ayrılan Ramin Nurəhmədov yeni vəzifəyə təyin edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, o, İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdir müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, R.Nurəhmədov bu ilin aprelində öz ərizəsi ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvlüyündən çıxıb.