BAKI, 29 yanvar. TELEQRAF
Metroda Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub.
"Bakı Metropoliteni" QSC-dən Teleqraf-a verilən məlumata görə, yubanmalar yoxdur.
***
17:46
Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.
"Bakı Metropoliteni" QSC-dən Teleqraf-a verilən məlumata görə, hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.
Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
***
17:33
Bu gün saat 17:10 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb.
Teleqraf xəbər verir ki, nəticədə bütün metrostansiyalarda qatarların hərəkəti dayanıb. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr yaranıb.
Bakı Metropolitenindən verilən məlumata görə, köməkçi qatar vasitəsilə qatar xətdən çıxarılır.