BAKI, 29 yanvar. TELEQRAF
“Lift təsərrüfatında təhlükəsizlik strateji məsələdir. Liftlər yaşayış yerlərində fasiləsiz istifadə olunan mühüm texniki qurğulardır və onların təhlükəsiz istismarının təmin edilməsi normativ tələblərlə tənzimlənir”.
Teleqraf xəbər verir ki, bu fikirləri Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov “MyLift” rəqəmsal platformasının təqdimat mərasimində deyib.
O qeyd edib ki, müasir dövrdə rəqəmsal nəzarət zəruri və qaçılmazdır:
“Bu baxımdan “MyLift” platformasının tətbiqi müsbət addım kimi qiymətləndirilir. Platforma məlumatların şəffaf şəkildə toplanmasına imkan yaradır ki, bu da nəzarətin gücləndirilməsinə və qəza hallarının qarşısının alınmasına xidmət edir”.