MİNGƏÇEVİR, 29 yanvar. TELEQRAF

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mingəçevirdə olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, şəhər rəsmiləri ilə görüş və müzakirələrdən sonra səfir Draqan Vladisavljevic müşaviri Jasmina Jazic ilə birlikdə Mingəçevir şəhərinin görməli yerlərinə baş çəkiblər.

Onlar Kür çayı sahillərində qağayıları yemləyib, şəhərin əsrarəngiz mənzərələrini seyr ediblər.

Bu cür səfərlərin məqsədi həmçinin Mingəçevirin turizm potensialının gələcək perspektivlərinə töhfə verməkdir.