BAKI, 28 yanvar. TELEQRAF
Hesabat dövründə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlərdən 28183 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş kollegiya iclasında bildirilib.
Onun sözlərinə görə, 4488 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılmış və həmin məlumatlar üzrə cinayət işləri başlanmış, habelə müvafiq prokuror təsir aktları qəbul edilməklə zəruri tədbirlər görülüb.