BAKI, 28 yanvar. TELEQRAF
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin növbəti təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarın icrası istiqamətində hazıradək həmin qərar ibtidai istintaq və məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 429, habelə məhkum edilmiş 14160 şəxs barəsində tətbiq edilməklə ümumilikdə 14589 şəxsə şamil olunub.
Teleqraf xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş kollegiya iclasında bildirilib.