BAKI, 6 iyun. TELEQRAF
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, yağıntılar bəzi yerlərdə leysan xarakterlidir.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 24, Qaxda 13, Şirvan və Şamaxıda 10, Qubada 8, Şahdağ, Qobustan və Şəkidə 5, Altıağac, Xaltan, Şabran və Zaqatalada 4, Qəbələ, Neftçala və Balakəndə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göyçay, Oğuz, Daşkəsən, Gədəbəy, Şahbuzda 1 mm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 18, Aran rayonlarında 20, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınır.