BAKI, 21 aprel. TELEQRAF

Türk dövlətlərinin vahid Süni İntellekt İnstitutunun yaradılması təklif olunub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov Bakıda “Türk barometri 2024 - türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda təşkil edilən beynəlxalq konfransda çıxışı zamanı danışıb.

O qeyd edib ki, tədqiqat institutunun mərkəzi Bakı ola bilər.

"Türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu hətta ortaq universitetlərdən də vacibdir”, - deyə qeyd olunub.

Qeyd edək ki, konfrans Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.