Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Teleqraf-a bildirilib ki, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana köçürülüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim edən E. Yusubov, bu əlamətdar tarix münasibəti ilə onları təbrik edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb.
E. Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma yurdunda rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Yaşayış evləri və zəruri infrastruktur bərpa olunub.
Xatırladaq ki, 28 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra Kərkicahan qəsəbəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.