BAKI, 18 aprel. TELEQRAF

"Azərbaycanda dövlət hesabına prosesə çıxan vəkillərə ödənişin artırılması gözlənilir. Bununla bağlı Ədliyyə və Maliyyə nazirliklərinə edilən müraciətə müsbət rəy verilib. Yaxın günlərdə nəticə olacaq".

Teleqraf xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, məbləğin daha yüksək olmasını istəyirlər: "Biz daha böyük məbləğin ayrılmasını istəyirik. Amma bir məbləğ artıq müəyyən edilib. Hesab edirəm ki, 10 manat civarında olacaq. Biz qarşımıza məqsəd qoymuşuq ki, bu məbləğdə hər il artım olsun".