
BAKI, 25 mart. TELEQRAF
Suraxanı rayonu, Əmircan qəbiristanlığında bir meyit qəbirdən çıxarılaraq yerinə başqası basdırılıb.
Teleqraf xəbər verir ki, hadisə barədə məlumat verən mərhumun qardaşı Elxan Sultanov bayramla əlaqədər qardaşının məzarını ziyarət edərkən gördüşklərindən həyrətə gəlib.
Elxan Sultanov deyir ki, dəfn edilən şəxslərin yaxınlarını tapıb. Onlar söz veriblər ki, həmin şəxsin nəşini çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilməyib.
Məsələ ilə bağlı məzarlıqlara cavabdeh şəxs bildirib ki, yeni dəfn edilən şəxslərin yaxınları ona bu yerin onlara məxsus olduğunu və buna görə də həmin şəxsi orada dəfn etdiklərini deyiblər.
Yeni dəfn edilən şəxsin yaxını isə bildirib ki, ailələr danışaraq əvvəlki qəbirdə dəfn edilən şəxsin atasından razılıq alıblar. Amma qarşı tərəf bunu təkzib edib.
Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.