GƏNCƏ, 24 mart. TELEQRAF

Gəncədə Yahudi Dini İcması Novruz bayramı münasibətilə tədbir təşkil edib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, tədbirdə İcmanın sədri Arif Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daskəsən Regional Bölməsinin müdiri Həsən Məmmədov və icma üzvləri iştirak ediblər.

Tədbirdə ilk olaraq DQİDK-nın təbrikləri icma üzvlərinə çatdırılıb və Azərbaycanda yaradılmış tolerantlıq mühitinin, dini dəyərlərə ehtiramın yüksək olduğu vurğulanıb.

Sonra icma üzvləri, ölkəmizin Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya yaradılan şəraitə görə təşəkkür edib, bayram təbriklərini çatdırıblar.