BAKI, 24 mart. TELEQRAF

Dəmiryol Muzeyi Novruz və Ramazan bayramları ilə əlaqədar ölkə ərazisində elan edilmiş qeyri-iş günlərində (25, 26, 27, 28, 29 və 30 mart) ziyarətçiləri qəbul edəcək.

Teleqraf xəbər verir ki, bayram günlərində muzeydə ziyarətçilərə dəmir yollarının keçmişi və gələcəyi barədə maraqlı məlumatlar təqdim everiləcək.

Ziyarətçilər, dəmir yolunun tarixini öyrənmək və bu sahənin inkişafı haqqında ətraflı məlumat almaq üçün tətil günlərində muzeyi ziyarət edə bilərlər. Bu fürsət həmçinin muzeyin kolleksiyalarını yaxından görmək və dəmir yolunun tarixi ilə bağlı unikal eksponatlarla tanış olmaq üçün əla bir imkandır.