BAKI, 24 mart. TELEQRAF

Martın 25-də Ramazan ayının iyirmi beşinci günüdür.

Teleqraf xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən Bakıda imsak saat 05:09-da, iftar isə saat 19:12-dədir.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Ramazan ayının 25-ci gününün duası:

"Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"

Sonuncu Qədr gecəsi 26 mart tarixinə təsadüf edəcək.

Martın 30-da isə fitr (Ramazan) bayramı qeyd olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.