
BAKI, 22 mart. TELEQRAF
Azərbaycanın Qırğızıstana dəstəyi qardaşlıq bağlarımızın getdikcə möhkəmləndiyini və gələcəkdə daha da güclənəcəyini sübut edən əsl göstəricidir.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.
Səfir Prezident İlham Əliyev başda olmaqla, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə və Azərbaycan xalqına Qırğızıstana növbəti dəfə göndərilən humanitar yardıma görə təşəkkür edərək bildirib ki, bu yardım türk qardaşlığının daha da möhkəmlənməsi üçün zəruri şəraitin yaradılmasına xidmət edir:
"Yaz fəslində ölkəmizdə çoxlu sayda hadisələr baş verir. Artıq yaz fəsli başlayıb. Humanitar yardım ölkəmiz üçün həqiqətən çox önəmlidir."