BAKI, 19 mart. TELEQRAF

ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 9 ay kosmosda qapalı vəziyyətdə qalan iki astronavtının yerə enməsini açıqlayıb.

Teleqraf xəbər verir ki, Barri Uilmor və Sunita Uilyams təxminən 17 saat davam edən səyahətdən sonra Florida sahillərinə çatıblar. Hava gəmisində NASA astronavtı Nik Heyq və rus kosmonavt Aleksandr Qorbunov da olub.

Amerikalı astronavtlar 2024-cü ilin iyununda “Boeing”ə məxsus “Starliner” kapsulunda bir həftəlik sınaq uçuşu üçün səfərə göndərilib. Lakin “Starliner”də yaranan texniki problem səbəbindən iki astronavtın qayıdış tarixi təxirə salınıb.