
BAKI, 19 mart. TELEQRAF
Qəzza zolağında bir milyondan çox insan ac qalmaq təhlükəsi ilə üzləşib.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi xəbər yayıb.
Məlumata görə, bölgəyə humanitar yardım bərpa edilmədiyi təqdirdə əhali ərzaqsız qalacaq.
"Ehtiyatlar sürətlə tükənir və çatışmazlığın öhdəsindən gəlmək üçün BMT tərəfdaşları ailələrə ərzaq yardımını kəskin şəkildə azaldır. Un və təzə məhsulların paylanması dayandırılıb. İcma mətbəxlərində isti yeməklərin həcmi azalır", - deyə BMT-dən məlumat verilib.