BAKI, 19 mart. TELEQRAF

İlaxır çərşənbə Şuşada da xüsusi qeyd olunub.

“Qala qapısı”nda Keçəl, Kosa, “Bahar qızı” nın iştirakı ilə əyləncəli bayram tədbiri keçirilib.

33 illik həsrətdən sonra doğma yurdda “Qala qapısı” adlanan ərazidə Novruz tonqalı qalanıb.

Bayram tədbirində iştirak edən Şuşa sakinləri ilk dəfə doğma Vətəndə bu cür müqəddəs bayramın qeyd edilməsini böyük fərəh, sevinc və qürur hissi ilə yaşayıblar.